Interposta.Info

"Space"nin yeni rəhbəri işçilərə ərizə yazmaq tapşırdı (SƏBƏB)

Ölkə
 18-06-2021, 14:57     243

"Space"nin yeni rəhbəri işçilərə ərizə yazmaq tapşırdı (SƏBƏB)
Space televiziyasının yeni Rəhbəri Müşfiq Hətəmov gözlənilməz addım atıb.

"İnterPosta"-nın manşet.az-a istinadən məlumatına görə, M.Hətəmovun tapşırığı ilə televiziyanın əməkdaşlarının böyük hissəsinə öz hesablarına məzuniyyətə çıxmaları barədə ərizə yazmaları tapşırılıb. Qərar ilk olaraq sürücülərə elan olunub.

Yaxın günlərdə başqa departamentin işçilərinin də məzuniyyətə göndərilməsi planlaşdırılır.

M.Hətəmovun bu qərarı işçilərin etirazına səbəb olub. Televiziyanın əməkdaşlarının iddiasına görə, kanalda böyük ixtisarın başlanılması planlaşdırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26