Interposta.Info

Nazirin işdən çıxartdırdığı jurnalistə "Lider"də vəzifə verildi

Müxtəlif
 13-06-2017, 22:54     788

”Space" Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün” informasiya proqramının keçmiş baş redaktoru Elman Gədikli Lider televiziyasının Xəbərlər departamentinin baş redaktor müavini vəzifəsinə təyin edilib.

BakuPost.az-ın əldə etdiyi məlumata görə, E.Gədikli bir işə bir neçə gündür, başlayıb.

Qeyd edək ki, E.Gədiklinin Space TV-dən çıxarılma göstərişini Təhsil naziri Mikayıl Cabbarovun verdiyi iddia edilirdi. Belə ki, təhsil sistemi haqda tənqidi süjetdən sonra M.Cabbarov "Space"in rəhbəri Vaqif Mustafayevə zəng edib, iradını bildirib. Daha sonra E.Gədikli işdən çıxarılıb. Onun yerinə Azadə Balayeva təyin olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26