Interposta.Info

Qənirə Paşayeva Tovuzda şəhid ailələri və qazilərlə görüşüb FOTOLAR

Ölkə
 8-06-2021, 09:51     317

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuzda seçicilər, o cümlədən şəhid ailələri və qazilərlə görüşüb.

"İnterPosta" xəbər verir ki, onların qayğılarını öyrənən millət vəkili bir sıra həlli vacib məsələ ilə bağlı dövlət orqanları ilə telefonla əlaqə saxlayıb, bəzi məsələlərlə əlaqədar isə məktubla müraciət edib.

Q.Paşayeva 44 günlük müharibədə qazanılmış tarixi zəfərdən danışaraq, qələbənin əldə edilmsində fədakarlıqlar göstərərək şəhid olanların ailələrinin, qazilərin qayğılarının həllində ali dövlət rəhbərliyinin göstərmiş olduğu örnəyi hər bir məmur, deputat üçün yolgöstərən adlandırıb:

"Sizin qayğınız bizim qayğımızdır. Biz hər bir seçicinin, hər vətəndaşın qayğılarını öz qayğımız bilmədən ümumvətəndaş, ümumölkə inkişafına töhfə verə bilmərik. Biz dövlət-xalq birliyinin təntənəsini Vətən Müharibəsində gördük. Bu birlik bizim xalqımızın xarakterinin bir göstəricisidir".

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşlərdən sonra Q.Paşayeva, görüş iştirakçılarına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

İnterPosta.info








Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26