Interposta.Info

İmtahan nəticələri nə vaxt elan olunacaq? - RƏSMİ

Ölkə
 3-05-2021, 17:32     382

Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il aprel ayı ərzində 6 növ müxtəlif təyinatlı imtahan keçirilib.

Mərkəzdən bildirilib ki, bu imtahanlarda ümumilikdə 84 mindən artıq şəxs iştirak edib.

Qeyd edilib ki, aprelin 15 və 16-da keçirilən buraxılış imtahanlarının materiallarının emalı yekunlaşmaq üzrədir və bu həftənin sonu nəticələrin elan edilməsi nəzərdə tutulur.

22-23 aprel tarixlərində keçirilən imtahanların materialları “skan” olunub. Bu gündən etibarən etalonların hazırlanmasına və meyarların təkmilləşdirilməsi prosesinə start verilib. Bayramdan sonrakı həftə ərzində işlər yekunlaşmış olacaq və nəticələr elan olunacaq.

Sonuncu imtahanların materialları (yazı işləri ) isə “skan” olunma mərhələsindədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26