Interposta.Info

Əhəd Abıyev sabiq icra başçısının oğlunu işdən çıxardı

Ölkə
 26-04-2021, 11:37     464

Daşkəsən rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

"İnterPosta" unikal.org-a istinadən xəbər verir ki, RİH-nin başçısı Əhəd Abıyevin əmri ilə, hüquq şöbəsinin müdiri Elmar Şıxəliyev vəzifəsindən azad olunub. Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, E.Şıxəliyev Sabirabad RİH-nin sabiq başçısı Vaqif Şıxəliyevin oğludur.

Xatırladaq ki, V.Şıxəliyev 1993-cü ildən 1995-ci ilədək Sabirabad rayonunun icra başçısı olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26