Interposta.Info

Əhəd Abıyev Binəqədiyə icra başçısı təyin olunur? - İDDİA

Gündəm
 21-05-2018, 15:44     11 119

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Bakının Binəqədi rayonuna icra başçısı təyin olunur.

"XeberBiz" xəbər verir ki, bu barədə Sfera.az-a mötəbər mənbədən məlumat daxil olub.

Məlumata görə, ötən həftə ölkə prezidentinin sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Xaləddin İsgəndərovun yerinə ən layiqli namizəd kimi Əhəd Abıyevin adı hallanır.

Mənbə bildirirb ki, Əhəd Abıyevin indiyədək Daşkəsəndə gördüyü işlər və fəaliyyətində korrupsiya hallarının qeydə alınmaması onun üçün müsbət imic yaradıb. Bu səbəbdən də Binəqədidə mövcud olan problemlərin tezliklə həll olunması üçün Əhəd Abıyevin bu rayona başçı təyin olunması zərurəti yaradıb.

Məsələ ilə bağlı Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin mövqeyini öyrənməyə çalışsaq da, telefon zəngimizə cavab verilməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26