Interposta.Info

Əhəd Abıyev 200 minlik maşın alıb?

Ölkə
 23-03-2017, 09:17     1 195

Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev yeni və bahalı maşın alıb.

interposta.info xəbər verir ki, "Axar.az"a adının çəkilməsini istəməyən rayon sakininin bildirdiyinə görə, başçının yeni aldığı maşının qiyməti 200 min dollar civarındadır.

Qaynağın sözlərinə görə, Əhəd Abıyev maşın həvəskarıdır: "İcra başçısı maşın həvəskarıdır, avtohobbisi var. Yeni aldığı 200 minlik maşını da bir dəfə Daşkəsən Rayon İcra Hakimiyyətinin binası qarşısına gətirib, yerli camaat da görüb".

Qeyd edək ki, mənbə Ə.Abıyevin son aldığı maşının markasının "Mersedes GL- 63" olduğunu iddia edir.

interposta.info bildirir ki "Axar.az"a açıqlama verən Əhəd Abıyev xəbəri birmənalı təkzib elədi: "Mənim dövlətin verdiyi bircə maşınım var, illərdir onu işlədirəm, əlavə bir dənə də maşınım yoxdur. Nə kolleksiya, nə bahalı maşın? Bunu yayanlar fəaliyyətimizi gözü götürməyənlərdir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26