Interposta.Info

Əhəd Abıyev: Daşkəsəndə heç bir korrupsiya əməliyyatı keçirilməyib

Müxtəlif / Manşet
 8-02-2021, 17:53     879

Əhəd Abıyev danışdı.

Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev İnterPosta.info-yaaçıqlamasında aşağıdakıları demişdir:

Bir sıra xəbər saytlarda yayılmış guya “Daşkəsəndə korrupsiya əməliyyatı keçirilib” başlıqlı yazılara cavab olaraq bildiririk ki, Daşkəsən rayonunda heç bir korrupsiya əməliyyatı keçirilməyib. Daşkəsən rayon Xoşbulaq kənd bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin 2015-ci ilədək işləmiş sabiq müdiri Mehdiyev Şahbaz Əliş oğlu 2007-ci ildə aparılmış torpaq sənədləşdirilməsinə dair vətəndaş Əliyev Cəlal Məhəmməd oğlunun şikayəti əsasında Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarı ilə saxlanılıblar. Birmənalı olaraq bildiririk ki, Daşkəsən rayonunda korrupsiya əməliyyatının keçirilməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlar yalan və
şayiədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26