SON DƏQİQƏ: “BakuBus”un avtobusu ağaca çırpıldı - yaralananlar var FOTO

Bakıda yol- nəqliyyat hadisəsi baş verib.
Hadisə Xətai rayonu ərazisində yerləşən 147 nömrəli texniki-humanitar liseyinin yaxınlığında qeydə alınıb.
Belə ki, “BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JU 240 dövlət qeydiyyat nişanlı “Iveco” markalı sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə 2 nəfər sərnişin xəsarət alıb, sürücünün halı pisləşib.
Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib.|report
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26