Interposta.Info

Sərnişin avtobusu “KamAZ” çırpıldı: Xəsarət alan var

 

Ölkə
 21-01-2022, 09:38     287

Bakıda sərnişin avtobusu yük avtomobilinə çırpılıb.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 91 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirib və "KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Hadisə zamanı avtobusda olan sərnişin, 1968-ci il Əliyeva Xatirə Məmməd qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb./report

Hadisənin təfərrüatı araşdırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26