Interposta.Info

Dəhşətli zorakılıq: 9-cu sinif şagirdi sığınacaqda...

Ölkə
 8-04-2021, 16:54     382

Neftçalada zorakılığa məruz qalan 9-cu sinif şagirdi "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

Qurumun sədri Mehriban Zeynalova "İnterPosta"-ya açıqlamasında hazırda baş verənlərlə bağlı istintaq işlərinə başlanıldığını bildirib:

"Psixoloqlar işləyir. Travmalar alıb, bu səbəbdən ilkin rəy vermək çətindir. Bir az müalicə olunmalıdır. Vəziyyəti normaldır, burada özünü yaxşı hiss edir. Məsələ ilə bağlı bütün qurumlar işləyir. Tibbi müayinədən keçməlidir. Ekspertizanın cavabları gəlib. Heç kəslə görüşə imkan verilmir, ancaq istintaq qurupu…”

Qeyd edək ki, sosial şəbəkədə Neftçala rayon Mirqurbanlı kənd sakini olan azyaşlı qızın zorlanması ilə bağlı məlumatlar paylaşılıb. Həmin məlumatlarda bildirilir ki, atası ruhi xəstə olan 9-cu sinif şagirdi (qızın anası yoxdur) üç-dörd oğlan tərəfindən zorlanıb və kənddə yolun kənarına atılıb./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26