Interposta.Info

Bərdədə VII sinif şagirdi enerji içkisindən ölüb

Ölkə
 26-02-2019, 19:30     10 565

Bərdə rayonunda 13 yaşlı yeniyetmə enerji içkisindən ölüb.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Dəymədağlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 2006-cı il təvəllüdlü Mirşamil Namiq oğlu Babayev enerji içkisi qəbul etdikdən sonra vəziyyəti pisləşib. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yeniyetmə daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, M.Babayev VII sinif şagirdidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26