Interposta.Info

Peskov:“Putin mənimlə həmişə “adam kimi” zarafatlaşır...” – 1 Aprel

Ölkə
 29-03-2021, 17:01     339

1 aprel ərəfəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kreml administrasiyasında tez-tez bir-biriylə zarafatlaşmağın adət olduğunu etiraf edib.

"İnterPosta"xəbər verir ki, buna baxmayaraq, Peskov prezident administrasiyasında məhz zarafatlaşmanın hansı şəkildə olduğu barədə ətraflı danışmayıb, ancaq zarafatların "adam kimi" edildiyini bildirib.

Bundan əlavə, Kremlin sözçüsü, Putinin onunla zarafat edib-etmədiyi sualına cavab verib. Peskovun sözlərinə görə, dövlət başçısı onunla mütəmadi zarafat edir.

Rusiya lideri öz yumor hissi ilə məşhurdur. Məsələn, 2021-ci ilin mart ayında donmuş Texası istiləşdirmək üçün texnologiyalar barədə bir zarafat edib. Bu, kömür sənayesinin inkişafı ilə bağlı bir görüş zamanı baş verib. "Texas indi donub, ancaq yel dəyirmanlarını ətraf mühitin mühafizəsinə zidd yollarla qızdırmaqdan başqa yol yoxdur", - Putin deyib.

O, həmçinin xaç suyu vannasından sonra nazirlərin sağlamlıqlarıyla bağlı da zarafat edib. Putin Avrasiya Gömrük İttifaqında inteqrasiya proseslərinə dair işçi iclasına bu zarafatla başlayıb. "Hər şey qaydasında, hər kəs öz iş yerindədir?" - Putin gülümsəyərək soruşub. Bundan sonra o xoşbəxtlikdən kimsənin azarlamadığını vurğulayıb.\qaynarinfo

interPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26