Interposta.Info

“Dünyada onunla müqayisəyə gələn lider yoxdur...” -

Dünya
 4-02-2018, 23:46     10 385

Rusiya prezidenti mətbuat xidmətinin rəhbəri Dmitri Peskov haqqında “Rossiya -1” telekanalında fevralın 4-də maraqlı veriliş efirə gedib.

interposta.info Moderator.az-a istinadən xəbər verir ki, mətbuat xidmətinin rəhbəri əslən azərbaycanlı jurnalist Nailə Əsgərzadənin 40 dəqiqəlik “Fəaliyyətdə olan şəxslər” müəllif proqramının qonağı olub. Veriliş Dmitri Peskovun işi, şəxsi həyatı barədə maraqlı və indiyədək əksəriyyətimizin bilmədiyi faktlarla zəngin olub.

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri vaxtilə Türkiyədə diplomat kimi fəaliyyət göstərdiyindən türk dilini çox yaxşı bilir. Bülənt Ecevitə, Yeltsinə, Putinə, yeri gələndə Ərdoğana tərcüməçilik edib. Verilişdə hətta türk dilində - “akılın yolu birdir” misalını çəkib. Beş uşaq atası olan Peskov istirahət günlərində ailəsi ilə hamamda dincəlməyi sevdiyindən danışıb. Peskovun həyat yoldaşı olimpiya çempionu Tatyana Navka buz üstə balet tamaşalarının həm quruluşçusu, həm də baş rolların ifaçısıdır. Amma, təbii ki, hamı üçün ən maraq doğuran onun Putin haqqında söylədikləri olub.

O Putinlə 17 ildir işlədiyini, son on ili isə mətbuat xidmətinin rəhbəri kimi fəaliyyətdə olduğunu deyib. Jurnalistin – “Putin nəyi sevmir?” sualına o, “Yalanı və kompitentsizliyi” - cavabını verib. Mətbuat konfransına hazırlaşanda həyəcan keçirdiyini, amma ən çox Putinin həyəcan keçirdiyini söyləyən xidmət rəhbəri - “dünyanın heç bir prezidenti Rusiya dövlət başçısı kimi mətbuatla bu qədər təmasda deyil” - deyib.

O, Putinin martın 18-də də parlaq qələbə qazanacağına əmin olduğunu, özünün də Moskvada səs verəcəyini bildirib. Verilişin sonunda isə o, Putini ən ibarəli cümlələrlə tərif edib: “Putin bu gün ən təcrübəli, ən bilikli, ən istedadlı dünya lideridir. O hər sözünə cavabdehdir. Dünyada onunla müqayisəyə gələ biləcək lider çox azdır. Putinlə işləmək mənim həyatımın uğurudur” - deyə Dmitri Peskov fəxrlə söyləyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26