Interposta.Info

Ərdoğanla Peskovun maraqlı dialoqu -

Dünya
 27-11-2017, 12:53     10 454

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə səfəriylə bağlı yeni görüntülər yayımlanıb.

Axar.az xəbər verir ki, yeni görüntülərdə Ərdoğanla Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dialoqu yer alıb. Türkcə çox yaxşı danışan Peskovu görən Ərdoğan ingiliscə ona “necəsən?” desə də, türkcə “xoş gəlmisiniz” cavabını alıb.

Bundan sonra Ərdoğan Peskova, “mən səndən niyə “yaxşısanmı?” soruşmuram ki!” deyə, onun türkcə bildiyinə işarə edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26