Interposta.Info

Azərbaycanda 49 nəfər yanaraq ölüb

Ölkə / Paradoks
 24-03-2021, 18:25     887

2020-ci il ərzində Azərbaycanda baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2118 olub.

Fövqəladə Hallar Nazirliyindən "İnterPosta"ya verilən məlumata görə, yanğın hadisələri zamanı 49 nəfər həlak olub, 119 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 4 nəfər və ya 26%, xəsarət alanlar üzrə 113 nəfər və ya 49% azdır.

2020-ci il ərzində respublika ərazisində 82 partlayış hadisəsi baş verib ki, bu da 2019-cu il ilə müqayisədə 9 hadisə və ya 11% çoxdur. Partlayışlar zamanı 33 nəfər həlak olub, 157 nəfər xəsarət alıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26