Paytaxtda tikiş sexində partlayış olub, 2 nəfər xəsarət alıb

Bakının Qaradağ rayonunda ümumi sahəsi 67 kv.m olan, tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli 3 otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib.
İnterPosta.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nəticədə 2 otağın yanar konstruksiyaları 37 kv.m sahədə yanıb.
Hadisə zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26