Interposta.Info

AzTu-nun qadın əməkdaşı koronavirusdan vəfat etdi (FOTO)

Ölkə
 13-03-2021, 17:45     400

Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və idarəetmə kafedrasının əməkdaşı Rəna Kərimova 58 yaşında vəfat edib.

"İnterPosta"xəbər verir ki, bunu AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova bildirib.

O deyib ki, R.Kərimova koronavirus infeksiyasından dünyasını dəyişib.

Qeyd edək ki, mərhum 1963-cü ildə Bakıda anadan olub. 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. 1985-ci ildə isə universiteti fərqlənmə ilə bitirib.

AzTU-nun rəhbərliyi və kollektivi Rəna Kərimovanın vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!



İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26