Interposta.Info

AzTU meyiti tapılan tələbə ilə bağlı məlumat yaydı - FOTO

Ölkə
 23-02-2021, 21:57     172

Bu gün Bakıda yaşayış evində meyiti aşkarlanan beş nəfərdən biri Azərbaycan Texniki Universitetin (AzTU) tələbəsi olub.

Bu barədə "İnterPosta"ya Azərbaycan Texniki Universitetin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Əliyev Lətif Rəşad oğlu Universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin I kurs tələbəsi olub.

Baş Prokurorluğun məlumatında bildirilir ki, ilkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Qeyd edək ki, Lətif Əliyev AzTU-nun nizam-intizamlı tələbələrindən olub, dərslərini yaxşı oxuyub. O, sonuncu dəfə ötən gün onlayn dərslərdə iştirak edib.

AzTU-nun rəhbərliyi və kollektivi Lətif Əliyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, bu gün Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində beş nəfərin meyiti tapılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26