Interposta.Info

Qara görə bağlanan yolların SİYAHISI

Ölkə
 24-02-2021, 11:47     361

Respublika yollarında əksər ərazilərə qar yağıb, avtomobillərin hərəkəti çətinləşib.

Bunu Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib.

N.Piriyev qeyd edib ki, Ağsu aşırımında yol tamamilə bağlanıb:

«Bakı-Quba-Rusiya yolunun 30 km-dən başlayaraq 204 km-dək yollar buzlayıb. Bundan başqa, Gəndob-Yalama yolu, Bakı- Şamaxı younun 78 km-dəmn 140 km-dək yollarda buzlaşma var. Həmin istiqamətdə gedən sürücülərin diqqətli olmağa çağırırıq. Vətəndaşalara vacib olmadıqca şəxsi avtomobildən istifadə etməmələri tövsiyə edilir».

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26