Interposta.Info

Lukaşenko xalqa söz verdi: “Biz heç vaxt Rusiyadakı kimi yaşamayacağıq”

Ölkə
 12-02-2021, 18:16     474

Belarus hakimiyyəti Rusiyada olduğu kimi, biznes qarşısında diz çökmək niyyətində deyil.

"İnterPosta" xəbər verir ki, bu sözləri Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, hökumət sosial məsuliyyətli sahibkarları dəstəkləyəcək, eyni zamanda proseslərə ciddi nəzarət edəcək.

"Biz heç vaxt Rusiyada yaşadıqları kimi yaşamayacağıq. Ölkəni xilas etmək istəyiriksə, bu, Belarusda baş verməyəcək”, - deyə Lukaşenko vurğulayıb.
Bundan əlavə, ölkədəki iş adamlarının "dövləti məhv etməmək üçün" onun mənafeyi naminə çalışmalı "və siyasətə qarışmamalı olduğunu söyləyib.

Prezident söz verib ki, müxalifətin keçən payızda ümummilli tətil çağırışlarına dəstək vermiş sahibkarlar "zərərsizləşdiriləcək”. O, Dövlət Nəzarət Komitəsinə belə bir əmr verdiyini qeyd edib.

Bir gün əvvəl Lukaşenko Ümumbelarus Xalq Məclisində ölkədə etirazlar dayandıqdan və tərəfdarlarının tam təhlükəsizliyi təmin edildikdən sonra istefaya hazır olduğunu bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26