Interposta.Info

Şəhid anası 80 gün sonra taplan oğlunun nəşini başında daşıdı + FOTO

Ölkə / Manşet
 20-12-2020, 22:35     1 169

Əslən Laçın rayonundan olan Xocalı rayonu Meşəli kənd sakini Bağırov Elçin Fərhad oğlu, 27 sentyabr tarixində başlanan Vətən müharibəsində Şəhid düşmüşdü. Ailəsi 80 gün idi ki, ondan xəbər ala bilmirdi. Artıq Şəhidimiz bu gün dəfn edilib.

İnterPosta.info
xəbər verir ki, Elçin Bağırov Talış kəndi uğrunda gedən döyüşlərdə yaralansa da komandirlərinin təkidinə baxmayaraq, döyüşə davam edib. Yaralı yoldaşlarını, şəhid olanların nəşini düşmənin əlinə keçməsin deyə uzaq məsafəni qət edərək çiynində daşıyıb, döyüş meydanından çıxarıb, özü isə yenidən qayıdıb. Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib.

Atası gənc yaşında vəfat edəndə Elçinin cəmi 1 yaşı var idi, qaynatası isə 1992-ci ildə Şəhid olub. Anası 3 övladını namusu və qeyrəti ilə, çətinliklə boya başa çatdırıb. Elçin hər zaman, hər yerdə Xocalıda soyqırıma uğrayan qohumlarının, soydaşlarının qisasını alacağını, erməni terrorçularının qənimi olacağını deyirdi. Hələ uşaq ikən anasına bununla bağlı söz belə vermişdi. İllərlə ORDUMUZUN sıralarında şərəf və ləyaqətlə xidmət edib. 4 uşaq atası idi. 1 yaşından atasız böyüyən Şəhidimizin körpə balası da 1 yaşında atasız qaldı.

Ruhun şad olsun şəhidimiz...

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26