Interposta.Info

Xırdalan şəhərinin bir hissəsində su kəsildi

Ölkə
 2-12-2020, 20:50     497

Su kəmərində baş vermiş qəza ilə əlaqədar Xırdalan şəhərinin bir hissəsinə (kənd Xırdalan adlanan hissə və ona yaxın ərazilər) içməli suyun verilişində fasilə yaranıb.

''İnterPosta'' bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, sabah günorta saatlarına qədər həmin əraziyə suyun verilişi dayandırılacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26