Interposta.Info

Daha 19 şagird koronavirusa yoluxdu - RƏSMİ

Ölkə / Manşet
 24-09-2020, 17:22     758

Bu gün daha 19 şagirddə koronavirus aşkarlanıb.

"İnterPosta" xəbərinə görə, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

24 sentyabr üzrə hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 94, hərarəti 37 dərəcədən yuxarı olan işçi heyətinin sayı 2 olub.

Rəsmi məlumata görə, bu gün daha 2 işçi heyəti virusa yoluxub.

COVID-19-la əlaqədar 3 sinif distant təhsilə keçirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26