Interposta.Info

Koronavirusa yoluxan şagird və işçi heyətin sayını açıqlandı

Ölkə
 18-03-2021, 16:55     514

"Fevral ayının 1-dən etibarən 7 həftə ərzində respublikanın ümumtəhsil müəssisələrində 164 ibtidai sinif şagirdi koronavirusa yoluxub. Təbii ki, bu yoluxmaların hamısı məktəbdə baş verməyib, bir qismi evdə, ailədə baş verib”.

Bu barədə təhsil naziri Emin Əmrullayev təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı bu günlərdə keçirilən sorğunun nəticələri ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, 5-9-cu sinif şagirdləri arasında isə 282 şagirddə yoluxma aşkarlanıb. 23 yoluxma halı isə məktəbəqədər hazırlıq siniflərində qeydə alınıb:

"Ümumilikdə 714 işçi heyət yoluxmaya məruz qalıb. Ümumilikdə 626 sinif distant təhsilə keçib, onlardan 233-ü həmin müddəti bitirib, 393 sinif distant təhsildədir. 48 məktəb distant təhsilə keçirilib. Onlardan 41-i hazırda distant tədrisi davam etdirir, 7 məktəb isə ənənəvi tədrisə qayıdıb”.

Nazir həmçinin bildirib ki, artıq 7 həftədir ki, ibtidai siniflər üçün hibrid tədris davam edir. Həmçinin teledərslər də davam etdirilir. Bu dövrdə bir çox çətinliklərlə yanaşı, sıçrayışlı inkişaf imkanı da yaranıb. Bir milyondan artıq şagird, 120 mindən çox müəllim bir platformada birləşdirilib. /qafqazinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26