Interposta.Info

Daha 14 şagirddə koronavirus aşkarlandı

Gündəm
 13-10-2020, 17:37     646

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən "İnterPosta"ya bildirilib ki, 13 şagirdin hərarəti 3 dərəcədən yuxarı olub. Daha 14 şagird və 4 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı isə 2, məktəblərin sayı isə 4-dür. Əyani təhsilə qaytarılmış siniflərin sayı 5-dir

İndiyə qədər ölkə üzrə 24 məktəb, 52 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26