Interposta.Info

Komitə sədrinə yeni müavin təyin edildi (SƏRƏNCAM)

Ölkə
 2-09-2020, 19:37     681

Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə yeni müavin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Elşad Əliyev Dövlət Komitəsi sədrinin müavini təyin olunub.

O, bu təyinatadək Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru vəzifəsində çalışıb. Fond Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini olan Faiq Quliyev avqustun 17-də Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26