Interposta.Info

Saleh Məmmədova iki müavin təyin edildi (SƏRƏNCAM)

Müxtəlif
 3-01-2018, 11:58     10 393

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədrinə müavinlər təyin edilib.

"XeberBiz" Report-a istinadən xəbər verir ki, müvafiq sərəncamlara əsasən, Əvəz İlyas oğlu Qocayev və Hüsnü Ələkbər oğlu Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavinləri təyin edilib.

Qeyd edək ki, qurumun İdarə Heyətinin sədri Saleh Məmmədovdur.

Xatırladaq ki, keçən il oktyabrın 18-də Prezident İlham Əliyevin fərmanı ilə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilib. Həmin fərmana qədər Əvəz Qocayev və Hüsnü Quliyev "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsini icra ediblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26