Interposta.Info

“Azərxalça” ASC-yə yeni sədr müavini təyin edildi

Ölkə
 25-06-2021, 18:54     389

"Azərxalça” ASC-nin İdarə Heyəti sədrinə müavin təyin edilib.

"İnterPosta"xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Ceyhun Əlibəyov təyinat alıb.

Ceyhun Əlibəyov Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəsmxətt və rəsm müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə qrafik rəssam ixtisası üzrə təhsil alıb.

Qeyd edək ki, Ceyhun Əlibəyov bundan əvvəl həm yerli, həm də beynəlxalq korporasiyalarda 15 il müddətində rəhbər vəzifələrdə çalışıb. "GlaxoSmithKline” (GSK) şirkətində müxtəlif vaxtlarda Azəbaycan və Gürcüstan nümayəndəliklərinin rəhbəri və MDB regionunda biznesin inkişafı üzrə koordinator kimi fəaliyyət göstərib.

Ceyhun Əlibəyovun biznesin inkişafı üzrə strategiyanın yaradılması, layihələrin aparılması və həyata keçirilməsi, maliyyənin idarə edilməsi, satış və marketinq kimi sahələr üzrə böyük təcrübəsi var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26