Interposta.Info

Mülkə görə nənə və babasını öldürən şəxsə ömürlük cəza verilə bilər

Ölkə
 1-09-2020, 12:22     636

İsmayıllı rayonunda nənəsi və babasını öldürən şəxs hakim qarşısına çıxarılıb.

İsmayıllı Rayon Məhkəməsi 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini artırıb.

Cinayət işi üzrə ibtidai istintaq davam edir.

Məlum olub ki, 38 yaşlı Vüsala qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürmə) və 221.3-cü (xuliqanlıq; eyni əməlləri törətmə) maddələri ilə ittiham irəli sürülüb.

Onu 20 ilə qədər həbs cəzası və ya ömülük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, hadisə İsmayıllının Bizlan kəndində baş verib.

Vüsal ailə münaqişəsi zamanı babası, 82 yaşlı Zakir Tapdıqovun və nənəsi, 66 yaşlı Zərinə Məmmədovanın əl-qolunu bağlayaraq onları armaturla döyüb.

Nənə və babanı ağır işgəncə ilə qətlə yetirən Vüsal Qədirov sonra qardaşının evinə gedərək onu öldürmək istəyib. Vüsal qardaşının qaçdığını görərək onun evini yandırıb.

İsmayıllı Rayon Polis Şöbəsinin və Prokurorluq əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədən şəxs Bakıda tutularaq istintaqa təhvil verilib. Hadisənin mülk üstündə baş verdiyi bildirilir/musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26