Interposta.Info

Əli Həsənova cinayət işi açılıb – İDDİA

Ölkə
 1-09-2020, 09:07     603

“Vüqar Səfərlinin və bir sıra jurnalistlərin, sayt rəhbərlərinin, keçmiş dostlarının ifadələri əsasında Respublika Prokurorluğunda Azərbaycan prezidentinin keçmiş köməkçisi Ali Hasanova Azərbaycan Respublikası CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələrilə cinayət işi açıblar”.

Bunu jurnalist Fikrət Hüseyinli öz “Facebook” səhifəsində paylaşıb.

Jurnalistin bildirdiyinə görə, bu gün Həsənovun Türkiyədə olduğu xəstəxanayla əlaqə yaradılıb, onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib: “Həsənova deyilib ki, yaxın müddət də geri dönməsə, Türkiyədən harasa qaçmağa cəhd göstərsə, bildiyi kompramatları kənara ötürməyə çalışsa, haqqında beynəlxalq axtarış elan ediləcək. Qolu qandallı Azərbaycana gətiriləcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26