Interposta.Info

Əli Həsənov danışdı: Azərbaycana nə vaxt qayıdacaq?

Siyasət / Manşet
 1-09-2020, 12:30     1 300

"Bu gün bir çox sosial şəbəkə resurslarında "KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda” məlumat yayılıb. İddia olunub ki, guya "mənim Türkiyədə müalicə aldığım xəstəxana ilə əlaqə saxlanılıb və səhhətimin təyyarəyə minməyə imkan verib-vermədiyi öyrənilib. Ə.Həsənova deyilib ki, yaxın müddət də geri dönməsə, haqqında beynəlxalq axtarış elan ediləcək və qolu qandallı Azərbaycana gətiriləcək”.

"İnterPosta" xəbər verir ki, bu açıqlama ilə Əli Həsənov çıxış edib.

O, bildirib ki, bu xəbərə və Baş Prokurorluğun Mətbuat Xidmətinin açıqlamasına cavab olaraq deyib ki, mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi onunla maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqında yayılan məlumatların heç bir əsası yoxdur: "Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə on-on beş günə Azərbaycana qayıdacağam”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26