Interposta.Info

Görün,“Monte Ferro” şirkəti bölgələrdə nələr edib-FOTOLAR

Ölkə
 20-08-2020, 18:38     569

Hazırda Azərbaycanda müxtəlif istiqamətli yüzlərlə şirkət fəaliyyət göstərir. Hətta, geniş imkanlara malik elə şirkətlər var ki, onların dünyanın bir neçə ölkəsində ofis və nümayəndəlikləri açılıb. Dövriyyələri isə yüz milyonlara ölçülür. Ancaq belə olduğu halda bir çox istehsal müəssisələri və şirkətlər heç də sosiallaşa bilmir. Yəni, ictimai sferaya inteqrasiya etməklə sosial kateqoriyalar sisteminə daxil olan xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmurlar. Və yaxud da daha varlı təbəqənin diqqətini cəlb etmək üçün onların ictimai və sosial fəaliyyətləri yalnız ölkənin paytaxtı ilə məhdudlaşır. Ancaq elə şirkətlər də var ki, onlar bölgələrdə geniş miqyaslı ictimai-sosial layihələri dəstəkləyir və ən əsası müxtəlif səpkili xeyriyyə işləri həyata keçirirlər.

Elə “AGA Group”a daxil olan “Monte Ferro” şirkəti kimi…Respublikamızın şimal-qərb bölgəsində fəaliyyət göstərən“Monte Ferro” bölgənin iqtisadi inkişafına, bağçılıq təsərrüfatının müasir tələblər çərçivəsində genişlənməsinə öz töhfəsini verməklə yanaşı, bir neçə infrastruktur layihələrinin icrasını da təmin edib. İnsanlara maddi və mənəvi dəstək olub.
İctimaiyyəti məlumatlandırmaq, cəmiyyətimizdəki digər iş adamlarına, şirkət və holdinqlərə örnək olmaq məqsədi ilə “Monte Ferro” şirkətinin gördüyü işlərə nəzər salaq. Məlumat üçün qeyd edək ki, adıçəkilən şirkət Qax və Şəki rayonları ərazisində fındıqçılıq təsərrüfatının genişləndrilməsi və inkişaf etdirilməsi üçün ən müasir aqro-texniki tələblərə cavab verən istehsal sahələri-bağıçılıq təsərrüfatı yaratmaqdadır. Bu addım ilk növbədə bölgədəki işsiz insanların məşğulluğunu təmin etməyə geniş imkanlar açır. Hazırda şirkətin yaratdığı fındıq sahələrində xeyli sayda kənd əhalisi daimi, günəmuzd və mövsümü işlərə cələb olunub. Onların əmək haqlarının vaxtlı-vaxtında ödənilməsi təmin edilib. Bu da öz növbəsində həmin insanların sosial rifahının yaxşılaşdırılması üçün olduqca önəmli addımdır. Çoxşaxəli fəaliyyəti ilə diqqət çəkən “Monte Ferro” şirkəti bölgənin potensial imkanlarını düzgün dəyərləndirməklə hər zaman dövlətimizin apardığı iqtisadi və sosial siyasətə öz töhfəsini verməkdədir.

Ancaq “Monte Ferro” şirkətinin örnək olacaq fəaliyyəti təkcə bunlarla yekunlaşmır. Belə ki, “Monte Ferro” cəmiyyət üzvlərinin maddi rifahının yaxşılaşdırılması, onların rahatlığının təmin olunması, vətəndaş məmnunluğunun yaradılması, eyni zamanda humanist dəyərlərin nümayiş etdirilməsi üçün bir çox mühüm xeyriyyə işləri də görüb. Bu işlərin bariz nümunəsi kimi Qax rayonunun kəndlərində dayanacaqların tikilməsini, kəndə gedən asfalt yolunun təmirini, Qax şəhərinin giriş hissəsində “Saat qülləsi”nin tikintisini, Şəki rayonunun bir kəndində Şəhidlər xiyabanının təmirini göstərə bilərik. Eyni zamanda “Monte Ferro” şirkəti kənd məktəblərinə yüzlərlə kitab verib, məktəbin şagirdlərinə informatika və ingilis dili kursları təşkil edib. Bunlarla yanaşı şirkət tərəfindən müxtəlif xəstəliklərdən əziyyət çəkən bir-neçə sakininin müalicəsinə kömək göstərilib, imkansız ailələrdən olan 5 nəfər uşağa, o cümlədən pandemiyanın ən ağır dövründə Şəki və Qax rayonlarının kəndlərindəki 350 aztəminatlı ailəyə ərzaq yardımı edilib.

Görünüən odur ki, “AGA Group”a daxil olan “Monte Ferro” şirkəti qısa müddət ərzində fəaliyyət göstərdiyi bölgədə insanların böyük rəğbətini və etimadını qazanıb. Şirkət rəsmiləri hesab edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün xeyriyyəçilik də daimi xarakter almalı, ümumi qayğıya çevrilməlidir. Geniş imkanalara malik hər bir iş adamı, hər bir şirkət, xalq və dövlət yolunda gördükləri xeyirxah işlərlə gələcək nəsillərə örnək olmalıdır.
Belə bir deyim var: ”Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğur”. Bəli, “Monte Ferro” şirkətinin də fəaliyyətinin əsas qayəsində insan amili dayanır…

“Monte Ferro” şirkətinin mətbuat xidməti

İnterPosta.info









Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26