Interposta.Info

Bakı avtovağzalının işçiləri 3 aydır maaş almır - Narazılıq

Ölkə
 20-06-2020, 14:30     677

Bakı Beynəlxalq Avtovağzalının əməkdaşları üç aydır əmək haqlarını ala bilmirlər.

Hit.Az-a verilən xəbərə görə, martdan ölkədaxili reyslər dayanıb, bölgələrə gediş-gəliş məhdudlaşdırılıb və işçilər pandemiya səbəbindən evə buraxılıblar. Lakin bu müddət ərzində avtovağzal işçilərinin əməkhaqları ödənilməyib.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejimində fəaliyyətini dayandıran qurumların əməkdaşlarının maaşları saxlanmalıdır. Lakin avtovağzal rəhbərliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işçilərin maaşlarını ödəmir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26