Interposta.Info

Bu şəxslərdən COVID pasportu tələb edilməyəcək (RƏSMİ)

Ölkə
 27-05-2021, 16:43     469

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Bakıdan regionlara gedəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcək.

"İnterPosta" xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyati Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

"Sərnişinlər yalnız avtovağzal stansiyalarına daxil olduqda onların hərarətləri yoxlanılacaq. Hər hansı sərnişində narahatlıq yaranarsa və yaxud hərarəti yüksək olarsa, o, avtostansiyalarda olan tibb məntəqələrinə yönləndiriləcək”, - deyə o, qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26