Interposta.Info

Teymur Mustafayevin dəfnində karantin qaydaları pozuldu - VİDEO

Ölkə
 12-06-2020, 11:59     370

Bu gün Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.

"İnterPosta" xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Xalq artisti dəfn olunan zaman kütləvi toplaşma qeydə alınıb.

Bu barədə görüntülər yayılıb. Dəfndə sosial məsafənin qorunmayıb və COVID-19-dan ölənlərin torpağa tapşırılması proseduru pozulub.

O, Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev saytımıza açıqlamasında bildirib ki, dəfnin izdihamlı keçirilməməsi üçün polis tərəfindən tədbirlər görülüb:

“Orada 15-20 nəfərə yaxın şəxs iştirak edib. Onlar Xalq artistinin cənazəsinin məzara qoyulan zaman orada olublar”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26