Interposta.Info

Azərbaycanda sərxoş halda xidmətə çıxan polis işdən qovuldu (VİDEO)

Ölkə
 7-04-2020, 18:11     565

Daxili İşlər Nazirliyi Qusarda içkili vəziyyətdə xidmət aparan polislə bağlı məsələyə münasibət bildirib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov oxu.az-a açıqlamasında bildirib ki, Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin polis nəfəri, polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb:

"O, xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub”.

Qeyd edək ki, sosial şəbəkələrdə Qusarda polis əməkdaşının sərxoş vəziyyətdə xidmət aparması barədə görüntülər yayılıb.

İnterPosta.info həmin videonu təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26