Azərbaycanın hava limanları bu tarixə qədər bağlı olacaq

Bu ilin 1 iyulu tarixinə qədər Azərbaycanın hava limanları müntəzəm sərnişin reysləri üçün bağlı qalacaq.
"İnterPosta" bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin rəsmi saytına istinadən xəbər verir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq üçün sərhədlərin bağlı qalma müddətini iyunun 15-ə qədər uzatmışdı. Yalnız iyunun 8-dən sonra Naxçıvana uçuşların bərpası planlaşdırılır.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26