Azərbaycana yerüstü və hava yolu ilə giriş-çıxışa qoyulan məhdudiyyət uzadıldı
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.
Qərargahdan "İnterPosta"-ya verilən xəbərə görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.
COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixədək uzadılıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26