Interposta.Info

Şəki Hava Limanı təmir olunacaq

Ölkə
 6-03-2019, 22:17     10 474

Hazırda Şəki Hava Limanının bərpa edilərək işə salınması ilə bağlı məsələlərə baxılır.

İnterPosta.info
xəbər verir ki, bu barədə Nazirlər Kabineti (NK) açıqlayıb.

Nazirlər Kabinetindən bildirilib ki, Şəki şəhəri və ətraf yaşayış məntəqələri üzrə sərnişindaşımaların yaxın beynəlxalq hava limanları vasitəsilə həyata keçirilməsi, regiona sərnişin-turist axını araşdırıldıqdan və büdcə tərəfindən maliyyələşdirildikdən sonra Şəki Hava Limanının fəaliyyəti bərpa ediləcək. "Azərbaycan Hava Yolları” QSC-nin 2018-2025-ci illər üçün strateji planında Şəki Hava Limanının tikintisi 2022-2023-cü illərdə proqnozlaşdırılıb.


NK qeyd edib ki, son illərdə sözügedən bölgədə, yəni Qəbələdə yeni hava limanı tikilib, Zaqatalada isə hava limanı yenidən qurularaq istifadəyə verilib.

Şəki hava limanı isə hazırda ancaq bütün tip vertolyotları qəbul və yola salmaq imkanına malikdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26