Interposta.Info

Osakada beynəlxalq hava limanı su altında qalıb-

Dünya
 4-09-2018, 15:56     10 395

Yaponiyanın Osaka şəhərindəki Kansay Beynəlxalq Hava Limanı son 25 ildə ölkədə qeydə alınan ən güclü tayfuna görə su altında qalıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Cebi" tayfunu nəticəsində uçuş-enmə zolaqları, aeroportun dayanacağı, həmçinin terminalın yeraltı mərtəbəsi su altında qalıb. Hava limanı ərazisində küləyin sürəti saatda 209 km-ə çatır.

Güclü külək limanda lövbər salan tankeri Kansay hava limanının yerləşdiyi adanı quru ilə birləşdirin körpüyə çırpıb. Eyni zamanda, güclü külək Sikoku və Hönsü adaları arasındakı körpüdə hərəkət edən yük maşınını havaya uçurub, amma o, dənizə düşməyib və xəsarət alan olmayıb.

"Cebi" tayfununa görə Yaponiyanın qərbində 700-dən çox aviareys ləğv edilib və qatarların hərəkəti dayandırılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26