Interposta.Info

Kəmaləddin Qafarovun lider namizəd olduğu dairənin iki məntəqəsində nəticələr ləğv edildi

Ölkə
 18-02-2020, 19:36     302

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən müraciətlərə baxılıb.

"İnterPosta" bildirir ki, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib. O deyib ki, müraciətlər eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib:

"Müraciətdə bəzi seçki məntəqələrində seçicilərin sayı az olmasına baxmayaraq, sayların komissiya üzvləri tərəfindən süni şəkildə artırılması, müşahidəçilərə müşahidə aparmağa imkan verilmədiyi qeyd olunub. DSK-ların araşdırma materialları da müraciətə əlavə edilib. Araşdırma zamanı müraciətdə təqdim edilən bir sıra faktlar öz təsdiqini tapmayıb. Ona görə də, təklif edirəm ki, DSK-nın qərarı qüvvədə saxlanılsın”.

Q.Orucov daha sonra 31 və 35 saylı məntəqələrdə pozuntuların qeydə alınması səbəbindən bu məntəqələr üzrə nəticələrin ləğv edilməsinin vacibliyini vurğulayıb. Komissiyanın ekspert qrupunun rəyi əsasında şikayətçilərin müraciəti qismən təmin olunub.

Nəticə olaraq, adıçəkilən dairədə 31 və 35 saylı məntəqələr üzrə nəticələr ləğv edilib.

Qeyd edək ki, həmin dairənin lider namizədi Kəmaləddin Qafarovdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26