Interposta.Info

MSK daha 3 məntəqədə nəticələri "sıfırladı" (YENİLƏNİB)

Siyasət
 24-02-2020, 18:28     374

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizəd Mütəllim Rəhimovun müraciətinə baxılıb.

"İnterPosta" xəbər verir ki, məsələ ilə bağlı MSK Ramiz İbrahimov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, dairə üzrə nəticələrin ləğv edilməsini qeyd edib:

"Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb”.

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə olan görüntülər çox ciddi şəkildə araşıdırlır.

O qeyd edib ki, MSK-da araşdırma zamanı dairə üzrə 1 seçki məntəqəsində pozuntu aşkarlanıb.

İclasda daha sonra həmin dairənin 1 seçki (21 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

17.02

"İnterPosta" xəbər verir ki, namizədin müraciəti haqqında MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O qeyd edib ki, Anar Əsədli çoxsaylı qanun pozuntularının olduğunu iddia edərək dairənin nəticələrinin ləğvini tələb edib. Namizəd dairənin 1-dən 59-a qədər olan bütün seçki məntəqələrində pozuntuların olduğunu iddia edib. Araşdırma zamanı həmin dairədən 48 və 50 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən məqamlar təsdiqini tapıb.

MSK üzvünün təklifi, Komissiyanın ekspert qrupunun rəyi ilə Anar Əsədlinin şikayəti qismən təmin edilib.

125 saylı dairə üzrə 48 və 50 saylı seçki məntəqələrində Milli Məclisə seçkilərin nəticələri etibarsız sayılıb.

Qeyd edək ki, həmin dairədən lider namizəd İmamverdi İsmayılovdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26