Interposta.Info

Daha bir dairənin beş məntəqəsinin nəticələri “sıfırlandı” (YENİLƏNİB)

Siyasət / Manşet
 19-02-2020, 18:47     417

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.

Bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib. O qeyd edib ki, həmin dairədən deputatlığa namizəd Samirə Rəfullayeva müraciətində məntəqələrdə pozuntuların olduğunu bildirib.

S.Rəfullayeva dairə üzrə nəticələrin etibarsız sayılmasını tələb edib.

MSK-nın iclasında qərara alınıb ki, Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 1, 12, 14, 16 və 18-ci məntəqələrində nəticələr etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairənin lider namizədi Sevinc Fətəliyevadır.

16.34

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən quruma daxil olan müraciətə baxılıb.

Qaynarinfo xəbər verir ki, müraciət araşdırılması üçün DSK-ya göndərilib.

16:10

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

"İnterPosta" xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26