Interposta.Info

“Azərbaycan Milli hərəkatı: dünən və bu gün” mövzusunda geniş dəyirmi masa

Ölkə
 14-12-2019, 21:36     405


14 dekabr 2019-cu il tarixində “Astoria Bakı” otelinin konfrans salonunda Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Azərbaycan Milli hərəkatı: dünən və bu gün” mövzusunda geniş dəyirmi masa keçirildi.

“21 Azər” hərəkatının ildönümü ərəfəsində keçirilən tədbirdə Azərbaycanın Güneyini təmsil edən təşkilatlardan təmsilçilər, ictimai-siyasi təşkilatların nümayəndələri, ziyalılar, siyasi analitiklər, gənclər və b. iştirak edirdilər.

BAO başqanı Zahir Əlisoyun apardığı tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi. Öncə Z.Əlisoy İran adlanan dövlətdə baş verən son hadisələr və Güney Azərbaycan Milli Hərəkatına dəstək verməklə bağlı mövcud problemlər haqqında qısa olaraq öz fikirlərini bildirdi. Sonra söz məruzəçilərə verildi.

Güney Azərbaycan Demokrat Prtiyasının (GADP) sözçüsü Mahmud Bilgin, Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) sözçüsü Məcid Araz və Təbriz Araşdırmaları İnstitutunun rəhbəri Rza Heyət mövzu üzrə geniş və maraqlı məruzələrlə çıxış etdilər.

Daha sonra dəyirmi masa Paşa Həsənli, Dilavər Əzimli, Əmir Haşimi Cavanşir, Zəkulla Bayramlı, Solmaz Bilgin, Əli Mustafa, Faiq Ələkbərli və b.-nın məruzəçilərə verdikləri suallar və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi ilə davam etdirildi..

BAO İnformasiya Xidməti

Bakı, 14.12.2019.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26