Interposta.Info

Milli Hüquq Evində Azərbaycançılıq məfkurəsi ilə bağlı “dəyirmi masa” keçirilib - FOTO

Müxtəlif
 17-02-2019, 22:31     10 574


Fevralın 16-da Milli Hüquq Evində “Azərbaycançılıq məfkurəsi- Qarabağın nicatı” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan nümayəndəliyi və Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
İnterPosta.info
xəbərinə görə, tədbir dövlət himninin səsləndirilməsiylə başlanıldı.
Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan üzrə rəhbəri Nicat Gözəlov azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilməsi barədə fikirlərini qeyd edib. Daha sonra o, milli şüurun, milli təfəkkürün inkişafı ilə bağlı fikirlərini bölüşüb. Nicat Gözəlov, bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində cəmiyyətin hər bir üzvünün üzərinə çox mühüm vəzifələr düşdüyünü vurğulayıb.
Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatının sədri Limunət Əmrahlı, bu gün hər bir azərbaycanlı üçün ən önəmlisi, ən vacib olanı Qarabağı, erməni işğalında olan torpaqları azad etmək olduğunu qeyd edib.
Dəyirmi masada erməni vandalizmini araşdıran tarixçi alim Xaqani İsmayıl, Məzahir Məmmədli, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mübariz Əhmədov, digər ictimaiyyət nümayəndələri və gənclər iştirak edirdilər.
Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb.
Elşən Yəhyayev

İnterPosta.info


Milli Hüquq Evində Azərbaycançılıq məfkurəsi ilə bağlı “dəyirmi masa” keçirilib - FOTO
Milli Hüquq Evində Azərbaycançılıq məfkurəsi ilə bağlı “dəyirmi masa” keçirilib - FOTO
Milli Hüquq Evində Azərbaycançılıq məfkurəsi ilə bağlı “dəyirmi masa” keçirilib - FOTO
Milli Hüquq Evində Azərbaycançılıq məfkurəsi ilə bağlı “dəyirmi masa” keçirilib - FOTO
Milli Hüquq Evində Azərbaycançılıq məfkurəsi ilə bağlı “dəyirmi masa” keçirilib - FOTO
Milli Hüquq Evində Azərbaycançılıq məfkurəsi ilə bağlı “dəyirmi masa” keçirilib - FOTO
Milli Hüquq Evində Azərbaycançılıq məfkurəsi ilə bağlı “dəyirmi masa” keçirilib - FOTO
Milli Hüquq Evində Azərbaycançılıq məfkurəsi ilə bağlı “dəyirmi masa” keçirilib - FOTO
Milli Hüquq Evində Azərbaycançılıq məfkurəsi ilə bağlı “dəyirmi masa” keçirilib - FOTOMilli Hüquq Evində Azərbaycançılıq məfkurəsi ilə bağlı “dəyirmi masa” keçirilib - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26