Interposta.Info

Milli Hüquq Evində “Xocalının Qisası Vaxtıdır!”

Ölkə
 26-02-2019, 00:00     10 430

Milli Hüquq Evində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Xocalının Qisası Vaxtıdır!” adlı tədbir keçirilib. Tədbir Milli Hüquq Evinin vəTurana Açılan Könüllülər Ədəbi Məclisinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözləri ilə açıb.
Daha sonra Nicat Gözəlov çıxışında “beynəlxalq Hüquq işləmirsə, beynəlxalqlardan qırılmaq lazımdır, Xocalının qisasını almaq lazımdır. Əsir düşmüş qadınların ermənilərdən doğduqları oğlanlar artıq Azərbaycan əsgərini, körpə Zəhraları öldürürlər, hamı Ədaləti gözləyir” deyə bildirib.
Nicat Gözəlov baş verən qanlı hadisələrə nəzər salıb, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində dinc həmvətənlərimizin amansızlıqla qətlə yetirildiyini bildirib. O deyib ki, bu cür dəhşətli cinayətləri törədənlər bu gün də azadlıqdadır. Xocalıda törədilən soyqırımının “böyük Ermənistan” yaratmaq arzusu ilə yaşayan ermənilərin Azərbaycana qarşı məkrli siyasətinin yalnız bir hissəsi olduğunu bildirən yazıçı 1992-ci ildən Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu diqqətə çatdırıb, işğal nəticəsində 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrildiyini bildirib.
Tədbirdə çıxış edənlər Xocalı faciəsində silahsız insanların ermənilərə qarşı müqaviməti, verilən qurbanlar haqqında danışıblar. Qeyd edilib ki, Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.
Anım tədbirində ictimaiyyət nümayəndələri, Xocalı Faciəsinin iştirakçıları, QHT rəhbərləri və KİV təmsilçiləri iştirak ediblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26