Interposta.Info

Bakıda kafedə silahlı insident: saxlanılanlar var

Ölkə
 2-12-2019, 12:38     486

Bakıda kafedə xuliqanlıq edən şəxslər saxlınılıblar.

Bu barədə "İnterPosta.info"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetirib.

Xəsarət alan F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Suraxanı Rayon Polis idarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən paytaxt sakinləri O.Quliyev və E.Babayev saxlanılıblar.

E.Babayevdən cinayətdə istifadə etdiyi "Winchester” markalı tüfəng götürülüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26