Interposta.Info

Bakda şok olay - Gözətçini döyüb, bağ evini yandırdılar

Ölkə
 28-06-2017, 21:35     1 171

Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb, evi yandırıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuPost.az-a verilən məlumata görə, iyunun 27-də saat 02.00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum iki nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək evi yandırıblar.

İ. Vasin xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

interposta.info bildirir ki, faktla əlaqədar cinayət işi başlanılıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26