Interposta.Info

"Avtoş"u öldürən keçmiş məhkum saxlanılıb

Ölkə
 19-11-2018, 13:48     10 482

Bakıda "avtoş"u öldürən keçmiş məhkum saxlanılıb.

İnterPosta.info
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 17-də saat 13 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirib hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş C.Babayev saat 17 radələrində ölüb.

Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş “İJ” markalı tüfəng götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Qeyd edək ki, C.Babayev “Cabir-012” adı ilə tanınır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26